Поиск по этому блогу

среда, 30 ноября 2011 г.

Avarçəkmə idmanı

Avarçəkmə idmanı
İlk dəfə su stansiyasına gəlmiş adam təəccüblənir: burada hər çür qayıq var! İkipencəli avar havada qanadlanır.

Avar pəncələrindən biri sudan çıxan kimi o biri tərəfdəki pənçə suya qirir. Başqa baydarkada iki avarçı oturmuşdur. Sigara oxşayan birneferlik akademik qayıq - skif də sudadır. İki, dörd və səkkiz avarçı əyləşmiş qayıqlar ona çatır və ötüb keçir. Hərənin bir avarı var. Səkkiz adam səkkiz uzun avarı eyni vaxtda və qüvvətlə suya salir. Dogguzunçu adam sükançıdır. O, komanda verir, kiçik, səmimi kollektivə rəhbərlik edir.
  Bəs bu nədir? Bu ki kanoedir. Avar çəkənin qayıqda necə dayandığına diqqət yetir. Əzələli, günəşdən qaralmış bu idmançı qayıqda bir dizi ilə brezent yastiğa söykənib (bu qayıqda skamya yoxdur). Qisa, birpəncəli avari yorulmadan suya vurur. Avar həm də sükani əvəz edir.
  Budur, avar çəkmək üçün adı idman qayığı. İki avarçi və bir sükançı üçün nəzərdə tutulmuşdur. Onun yanindaki balaca qayıq isə bir adamlıqdır.
  Adi qayıqlarda skamya yerindən tərpənmir, avar yeri isə bayır tərəfdədir. Akademik qayıqlarda avar yerləri bayır tərəfdəki dirsəklərə çıxarılmışdır. Oturaçaqların isə yerini dəyişmək olur.
  Qayiq surətlə hərəkət etsin deyə, avarlar suya düzqün salınmalıdır. Avarın yuxarı hissəsini qayığın arhasina tərəf bir qədər əy, necə deyərlər, suyu "ört". Avarı həddən artıq suya buraxmaq lazım deyil. Bu, hərəkəti ləngidir. Lakin onu suya yarımçıq salmaq da məsləhət görülmür, çunki bu zaman avar çəkmək asan olsa da, qayıq yavaş gədər. Avar pəncəsini boğaza qədər suya sal və onu üfuqi müstəvi üzrə düz apar. Onda qüvvəndən düzqün istifadə etmiş olarsan, qayıq sürətlə qədər.
  Avarcəkmə idmanı maraqlı, gözəl və olduqça faydalıdır. O, bədəni möhkəmləndirir, qol, kurək və qfrin əzəllələrini inkişaf etdirir.
Azərbaycanda avarçəkmə növləri hələ 1936-cı ildən Bakı buxtası akvatoriyasında imkişaf etməyə başlayıb. Bundan üç il sonra üç yaxt-klub istifadəyə verilib. 1960-70-ci illərdə avarçəkmə ilə 11 idman təşkilatı məşğul olurdu. Onlar kütləviliyi və idman ustalarının hazırlığını təmin edirdilər. Lakin Azərbaycan avarçəkənləri 1980-ci ilin aprelində Mingəçevir şəhərində keçmiş Sovet İttifaqı miqyasında birləşmiş ərazi-inzibati eksperimental Olimpiya ehtiyatları mərkəzinin yaradılmasından sonra dünyada şöhrət qazanmağa başladılar. Bu da həmin dövrlərdə Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin digər sahələrə olduğu kimi, idmanın bu növünə də göstərdiyi diqqət və qayğı nəticəsində mümkün oldu. Keçmiş SSRİ miqyasında yeganə mərkəzləşdirilmiş avarçəkmə bazasının Azərbaycan ərazisində - Mingəçevir şəhərində salınması məhz ulu öndərin səyləri nəticəsində reallaşdı. Bu bazanın özünəməxsus xüsusiyyəti ondan ibarət idi ki, ilin istənilən fəslində hazırlıq prosesi keçməyə imkan yaradan, heç vaxt donmayan Kür çayının üzərində salınmışdı. Ona görə də ilboyu SSRİ yığmasının təlim-məşq bazası kimi istifadə olunurdu. 1980-ci ildən başlayaraq avarçəkənlərimiz nəinki Avropa və dünya çempionatları, hətta Olimpiya Oyunlarında medallar qazanmağa başladılar. Belə ki, akademik avarçəkənimiz Vasili Yakuşa 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında gümüş, 1988-ci il Seul Olimpiadasında isə bürünc medal qazandı. Moskva Olimpiadasında baydarka və kanoeçilərimiz Gennadi Kryuçkin, Viktor Pereverzov və Aleksandr Lukyanov, Seul Olimpiadasında isə Aleksandr Lukyanov gümüş medala sahib çıxdı. 1982-ci ildə güləş, cüdo, boks üzrə cəmi 1 beynəlxalq dərəcəli idman ustamız var idisə, avarçəkmədə bu göstərici 7 nəfərə çatmışdı. Məhz möhkəm özülün nəticəsidir ki, hələ 1980-ci illərin sonlarında avarçəkmə növləri üzrə beynəlxalq dərəcəli idman ustalarının sayı ölkənin ümumi beynəlxalq dərəcəli ustalarının 26 faizini təşkil edirdi. Bütün bunlar avarçəkmənin ənənəvi idman növlərimizdən olduğuna dair real faktlardandır.

  

Комментариев нет:

Отправить комментарий